Çay Hövzəsinin İdarə Edilməsi Planı Layihəsi Üzrə İctimaiyyətlə Məsləhətləşmə!

Orta Kür Hövzə Rayonunun Gələcəyi Üçün!

Çay Hövzəsinin İdarə Edilməsi Planı Layihəsi Üzrə İctimaiyyətlə Məsləhətləşmə!  | 23 Aprel 2015

Çay Hövzəsinin İdarə Edilməsi Planı Layihəsi Üzrə İctimaiyyətlə Məsləhətləşməyə dair görüş   23 Aprel  2015-ci il tarixində Gəncə şəhərində keçiriləcəkdir.
Görüş Orta Kür Hövzə Rayonunda Çay Hövzəsinin İdarə Edilməsi Planının(ÇHİEP) Layihəsi, o cümlədən planlaşdırılan Tədbirlər Proqramı barədə daha çox məlumat əldə etmək, bu sahədə müzakirələrdə iştirak etmək və plan layihəsi ilə bağlı təklif və mülahizələrinizi irəli sürmək imkanı verəcəkdir. Bütün maraqlı tərəflərə və ictimaiyyətin nümayəndələrinə  bu proseslə bağlı öz təklif və şərhlərini bildirmək tövsiyyə olunur.

İctimaiyyətlə Məsləhətləşmə  VEQO Hotelinin İclas Zalında keçiriləcəkdir
Ünvan:  Cavad Xan Küç. Bina 38, Gəncə, AZ2000,   Azərbaycan
Telefon: +994222640182

Görüşün gündəliyi və ÇHİEP Layihəsi Aprel ayının ortalarından etibarən www.blacksea-riverbasins.net Veb səhifəsində yerləşdiriləcək və maraqlanan iştirakçlara çatdırılacaqdır. Təklif və şərhlərinizi öyrənmək üçün müvafiq E-meil ünvanı da tezliklə elan ediləcəkdir.  
 Bütün maraqlı tərəflər və ictimaiyyətin nümayəndələrini bu prosesə qoşulmağa və məsləhətləşmə görüşündə iştirak etməyə dəvət edirik. İclas zalında yerlərin sayı məhdud olduğundan tədbirdə iştirak etmək istəyənlərdən Rafiq Verdiyevlə rafig.verdiyev@blacksea-riverbasins.net E-meil ünvanı ilə və ya Telefon vasitəsilə (+99470-3495884) əlaqə saxlayaraq iştirak barədə məlumat vermək xahiş olunur.

Sizin iştirakınızı səbirsizliklə gözləyirik!

GÜNDƏLİK GÜNDƏLİK
Çay Hövzəsinin İdarə Edilməsi Planının Layihəsi Çay Hövzəsinin İdarə Edilməsi Planının Layihəsi
23.04.2015
  • Azerbaijan
  • Project Management Activities
  • бассейн Центральной Куры - реки Агстафачай, Товузчай, Шамкирчай и Гянджачай